Təsərrüfatlarda yetişdirilən bitkilərin sağlam və sürətli inkişafına nail olmaq üçün gübrələrdən geniş şəkildə istifadə olunur. Amin turşusu əsaslı gübrələr də bitkilər arasında məhsuldarlığı və keyfiyyəti artırmaq üçün tətbiq olunan bitki qidalandırma vasitələrindəndir. Amin turşusu gübrələri tərkibində bitkilərin ehtiyac duyduğu əsas amin turşularını ehtiva edir. Bundan başqa, bəzi amin turşusu gübrələrində üzvi maddələr, azot, karbon və digər qida maddələri də yer ala bilər. Adətən maye və ya toz şəklində qablaşdırılmada təqdim olunur.
Amin turşusu gübrələrinin üstünlükləri
Amin turşusu əsaslı gübrələrin bitkilər üçün böyük faydaları vardır. Gəlin, tanış olaq:
- Bitkilər üçün xlorofil və zülal istehsalını, həmçinin fotosintez prosesini stimullaşdırır;
- Kök sistemini inkişaf etdirir və sürətləndirir;
- Meyvələrin ölçüsünü, rəngini, dadını və ətirli olmasını yaxşılaşdırır;
- Çiçəklənməni, toxum və meyvə əmələgəlməsini yaxşılaşdırır;
- Yarpaqların saralması və kök çürüməsi kimi problemlərin qarşısını alır;
- Xəstəliklərə, zərərvericilərə, stresə qarşı müqaviməti artırır;
- Məhsuldarlığı və keyfiyyəti yaxşılaşdırır;
- Bütün suvarma sistemləri vasitəsilə tətbiq oluna bilər;
- Digər bitki qidalandırma vasitələri ilə birgə tətbiqi mümkündür.
Amin turşusu gübrələrinin tətbiq qaydası
Amin turşusu əsaslı gübrələr təsərrüfata tətbiq olunacaq ümumi gübrələmə proqramının bir hissəsi kimi istifadə olunur. Yarpaqdan və torpaqdan tətbiq olunur. Amin turşusu gübrəsinin tətbiqini müntəzəm olaraq təkrarlamaq faydalıdır. Bitkinin aktiv böyümə dövründə həftəlik və ya aylıq fasilələrlə tətbiq oluna bilər. Əsasən aktiv böyümə dövrlərində, çiçəkləmə və meyvə əmələgəlmə mərhələlərində istifadə olunur. Amin turşusu əsaslı gübrələrin bütün suvarma sistemləri ilə istifadə etmək mümkündür. Eyni zamanda digər bitki bəsləmə vasitələri ilə paralel tətbiq edilir.
Amin turşusu gübrəsinin yarpaqdan tətbiqi
Yarpaqdan tətbiqi zamanı püskürtmə və çiləmə üsulundan istifadə edilir. Tətbiqin effektiv olması üçün çiləmə günün sərin və günəş işığının az olduğu vaxtda aparılmalıdır. Yarpaqdan tətbiq 7 gün fasilə ilə həyata keçirilir.
Amin turşusu gübrəsinin torpaqdan tətbiqi
Torpaqdan tətbiq zamanı gübrənin kök ətrafına bərabər şəkildə paylanmasına diqqət etmək vacibdir. Yarpaqdan tətbiq 21 gün fasilə ilə həyata keçirilir.
Amin turşusu gübrələrinin tətbiq olunduğu bitkilər
Amin turşusu əsaslı gübrələr dənli bitkilər, texniki bitkilər, meyvə, tərəvəz və demək olar ki, digər bütün bitkilərin yetişdirilməsi zamanı tətbiq olunur.
Amin turşusu gübrələrinin tətbiq zamanı
Amin turşusu gübrələrini zəruri olan vaxtda tətbiq etmək vacibdir. Bitkinin aktiv böyümə, çiçəkləmə və ya meyvə vermə dövründə, həmçinin çiçəkləmə və ya meyvə əmələgəlmə zəiflədikdə gübrələmək effektiv olacaqdır.
Digər gübrə növləri olan: Azot, Fosfor və Kaliumlu gübrələr haqqında məlumat əldə edin.
Amin turşusu gübrələrinin satışı
Mütəxəssislər təsərrüfat sahələrində və meyvə bağlarında bol, yüksək keyfiyyətli məhsul yığımı üçün amin turşusu gübrələrinin tətbiqini tövsiyə edir. Faydalı cəhətlərinin çox olması ilə yanaşı, sahələrə tətbiq ediləcək amin turşusu gübrələrin çeşidlərinin keyfiyyətli olmasına diqqət etmək vacib nüanslardandır. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli azot gübrə çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.
Amin turşusu gübrələrinin qiyməti
gubre.az aqrar ticarət şəbəkəsi tərəfindən fermerlərə təqdim olunan amin turşusu əsaslı gübrələr və amin turşusu əsaslı gübrələrin qiyməti ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz: