Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan şəxslərə “Peşəkar kommunikasiya və emosional zəka: komandadaxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
Foodinfo.az xəbər verir ki, AQTA-da Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılar işçilər arasında peşəkar kommunikasiyanın inkişaf etdirilməsinə, emosional zəkanın iş həyatına təsirinə və komandadaxili birliyin artırılması üçün psixoloji məqamlara dair məlumatlandırılıb. Həmçinin təlim müddətində əsas səriştələrdən biri hesab olunan kommunikasiya ilə bağlı test tapşırıqları və emosional zəkanı təsvir edən videoçarxlar təqdim edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.