Bu gün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli respublikamızda qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Foodinfo.az xəbər verir ki, tədbirdə cari ilin 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018”də məhsullarını nümayiş etdirəcək sahibkarlar iştirak edib.
Görüşün keçirilməsində məqsəd sahibkarlarla dialoqun qurulması və qarşılıqlı etimad mühitinin yaradılması olub. Tədbirdə çıxış edən Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, qida məhsullarının ictimai iaşə və xidmət sahələrində istifadəsi istiqamətində qanunvericiliyin tələblərini sahibkarların diqqətinə çatdırıb.
Qeyd olunub ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə yerli istehsalçıların dəstəklənməsi istiqamətində sahibkarlarla sıx əməkdaşlıq edəcək.
Daha sonra Agentliyin sədr müavini Rüfət Rüstəmzadə beynəlxalq sərginin yerli sahibkarlar üçün yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradacağını vurğulayıb.
Tədbirdə çıxış edən “Iteca Caspian”ın prezidenti Fərid Məmmədov dəvətə görə Qida Təhlükəsizliyi Agentliyinə təşəkkür edib, təşkil olunacaq sərginin qida sənayesi sahəsinə tövhələr verəcəyini bildirib. Regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri olan, süd, qənnadı məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz və laboratoriya avadanlıqları və bir sıra digər məhsulların təqdim olunacağı Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Ənənəvi olaraq 24 ildir keçirilən sərgi ötən müddət ərzində Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyni möhkəmləndirib.
Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Qida AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ 11.05.2018 Təhlükəsiz qida ilə sağlam gələcəyə Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
Məlumat üçün bildirək ki, Foodinfo.az Bakı Ekspo Mərkəzində keçiriləcək “WorldFood Azerbaijan 2018” sərgisinin rəsmi internet tərəfdaşıdır.