Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən payızgülü və qərənfil istehsalı təsərrüfatında monitorinq aparılıb, nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib. Müayinələr nəticəsində zərərli orqanizm müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfatda çalışan əməkdaşlara qərənfil və payızgülünün əsas xəstəlik və zərərvericiləri haqqında məlumat verilib, pestisidlərlə işləyən zaman tətbiq reqlamentinə, habelə təhlükəsizlik qaydalarına əməl olunması barədə təlimatlar təqdim olunub.
[gallery ids="52720,52721"]