Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Bu barədə Foodinfo.aza AQTA-dan məlumat verilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə AQTA-nın saytında tanış ola bilərsiniz.