Kütləvi tədbirlər zamanı iştirakçıların qidalanmasının təhlükəsiz və mövcud tələblərə uyğun təşkili Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən təmin edilir. 

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Bu çərçivədə qidalanmanı təşkil edəcək keytrinq müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ tələblər bir daha sahibkarların diqqətinə çatdırılıb, keytrinq şirkətləri tərəfindən görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. 

Bundan əlavə, qida məhsullarının keyfiyyəti və təhlükəsizlik tələblərinə uyğunluğu, onların düzgün daşınması və saxlanma şəraiti, həmçinin personalın gigiyenik hazırlığı ilə bağlı əlavə tövsiyələr təqdim edilib.