Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin ümumi biologiya və bioekologiya kafedrasının dosenti Vitali Napolov tövsiyə edib ki, saxlama müddətini kəskin şəkildə qısaltmamaq üçün meyvələri saxlamadan əvvəl yumaq olmaz. Foodinfo.az xəbər verir ki, NEWS.ru ilə söhbətində bioloq meyvələrin üstündə mumlu örtük şəklində qoruyucu təbəqənin olduğunu vurğulayıb.
“Heç bir meyvə növü saxlanmadan əvvəl yuyulmamalıdır, çünki meyvənin üstündə mumlu örtük şəklində qoruyucu təbəqə var və yuyulduqda zədələnir. Beləliklə, ömrü kəskin şəkildə azalır.”
Mütəxəssis qeyd edib ki, meyvələri plastik torbalara qoymaq ən yaxşısıdır. Onun sözlərinə görə, meyvələri soyuq yerdə saxlamaq da onların gec xarab olmasına səbəb olur.