Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu yaradılıb. İnstitut Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.
İnstitut Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 2024-cü il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən yaradılıb