"Azərbaycanda istehsal olunan orqanik məhsullar beynəlxalq standartlara tam uyğundur, xaricdəki analoqları ilə eyni keyfiyyətə malikdir, onlara verilmiş sertifikatlar isə bütün dünyada tanınır".
Bunu Ümümdünya Ərzaq Təşkilatının (FAO) orqanik kənd təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi Uyğun Aksoy deyib.
Bununla belə, onun sözlərinə görə, Azərbaycanda orqanik məhsulların istehsalı ilə bağlı hüquqi baza tam formalaşmayıb: "Qanunvericilikdəki boşluqlar doldurulmalıdır. Həmçinin orqanik məhsullarla bağlı maarıfləndirmə tədbirləri həyata keçirilməlidir. İlk növbədə, fermer bilməlidir ki, məhsullarına kimyəvi qatqılar əlavə etsə, bu, onun özünün sağlamlığına da ziyandır". (Report)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb