Foodinfo.az-ın elektron ünvanına və sosial şəbəkələrdəki hesablarına Qida Təhlükəsizliyi Agentliyində vakansiya olub-olmaması ilə bağlı çoxsaylı suallar daxil olur. Həmin suallara cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində inzibati vəzifələrin tutulması “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Agentlikdə vakant inzibati vəzifənin tutulması üçün qanuna uyğun olaraq müsabiqə və ya müsahibə elan olunur. Müsabiqə və müsahibələrin keçirilməsi qaydası dövlət qulluğu haqqında qanunvericiliklə müəyyən edilib. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Bu il yanvarın 1-də fəaliyyətə başlamış Agentliyin sədri Qoşqar Təhməzlidir.