Agentliyin Aparatının işçilərinin sayı 75 nəfər olacaq
Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyinin ünvanı və telefon nömrəsi məlum olub.
Foodinfo.az-ın xəbərinə görə, Agentlik Bakı şəhəri, Heydər Əliyev prospekti 152, (poçt indeksi: AZ1029) yerləşir. Agentliklə (012) 377-00-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.
Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin sayı 75 nəfər olacaq.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il fərmanı ilə yaradılıb. Bu il yanvarın 1-də fəaliyyətə başlamış Agentliyin sədri Qoşqar Təhməzlidir.
Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Pünhan Əliyev/Foodinfo.az