AQTA maarifləndirici sosial çarx yayımlayıb
Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi Qida Təhlükəsizliyi Agentliyinin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu məqsədlə daha bir maarifləndirici sosial çarx hazırlayıb.
"Yüksək miqdarda şəkər qəbulu sağlamlığımızda nə kimi fəsadlar törədir?" mövzusunda sosial çarx yayımlayan Agentlik bununla istehlakçıları şəkərdən düzgün istifadəyə səsləyir.
Yüksək miqdarda şəkər qəbulunun insan sağlamlığında törədə biləcəyi xəstəliklərə diqqət çəkən AQTA istehlakçıları qida rasionunda şəkər istifadəsini azaldaraq sağlam qidalanmaya dəvət edir.
https://www.youtube.com/watch?v=z_8B82u6uHQ
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb