Spirtli içki qəbulu diş damağlarında müxtəlif xəstəliklərin, xərçəngin və ürək-damar sistemində pozuntuların meydana gəlməsinə səbəb olur.
Bununla bağlı tədqiqatın nəticələri “Microbiome” jurnalında dərc olunub.
Tədqiqatı aparan Nyu-York universitetinin alimləri 55-78 yaşlarında olan 1044 nəfərin ağız boşluğunun mikroflorasını araşdırıb. Müayinələrdən sonra spirtli içki ümumiyyətlə qəbul etməyən 270 nəfər, az içən 614 nəfər və mütəmadi olaraq alkoqol qəbul edən 160 nəfərin nəticələri müqayisə olunub.
Nəticələrə əsasən, spirtli içki qəbul edən şəxslərin mikroflorasında mühüm dəyişikliklər, o cümlədən, “Bacteroidales”, “Actinomyces” və “Neisseria” kimi bakteriyaların çoxalması müşahidə olunur.
“Bacteroidales”lər insan orqanizmində iltihaba, irinli yaralara səbəb olur və bədxassəli şişləri inkişaf etdirir. (Oxu.az)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb