Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na dəyişiklik edib. Foodinfo.az  xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na edilmiş dəyişikliyə əsasən icraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (tütün çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.