İnsanların əksəriyyəti demək olar ki, gündə azı bir dəfə mikrodalğalı sobadan istifadə edirlər. Xüsusən də, ofisdə işləyənlər nahar yeməyini mikrodalğalı sobada isitməli olurlar. ABŞ-da açıqlanan statistikaya görə, evlərin 90 faizində bu məişət əşyası mövcuddur.
Bununla belə, bir çoxumuz bu mətbəx cihazını sadəcə iki min vata qədər elektrik enerjisi ilə işləyən və yeməyi 200 ° F-dən çox qızdıra bilən güclü bir əşya hesab edirik.
Mikrodalğalı sobalar həqiqətən xərçəngə səbəb ola bilərmi? Bu əşyanın əsl təhlükələri nələrdir?
Foodinfo.az sağlamolun.az-a istinadən xəbər verir ki, mikrodalğalar Təhlükəli Radiasiya Yaydığı ilə çoxsaylı iddialar mövcuddur.
Mikrodalğalı sobalar yüksək tezlikli radio dalğaları ilə yeməkdəki molekulların çox sürətlə hərəkət etməsini təmin edərək istilik yaradır.
Mikrodalğaları bu qədər təsirli edən, yaydıqları radio dalğalarının plastik və şüşədən keçmə qabiliyyətidir. Radio dalğalarından istifadə edilən hər bir cihazda olduğu kimi, mikrodalğalarda da radiasiya əmələ gəlir.
Bununla belə, bu hələ yeməkdə birbaşa radioaktiv maddələrin olması anlamına gəlmir.
Radiasiyanın iki əsas növü var: ionlaşdırıcı və qeyri-ionlaşdırıcı.
İonlaşdırıcı radiasiya, rentgen şüası və ya nüvə elektrik stansiyalarında istifadə olunan radiasiya növüdür.
Bu tip radiasiya DNT-ni dəyişdirmək və orqanizmə zərər vermək qabiliyyətinə malikdir. Böyük dozalarda olduqca təhlükəli hesab edilir. Hüceyrələrdə xərçəngin yaranmasına səbəb ola bilər və hamilə qadınlarda dölün fiziki qüsurlu olmasına zəmin yarada bilər.
Mikrodalğalı sobalar ionlaşdırıcı olmayan radiasiya yaradır.
Qeyri-ionlaşdırıcı şüalanma DNT-nizi dəyişdirmək gücünə malik deyil və ionlaşdırıcı şüalanma qədər təhlükəli deyil.
Mikrodalğalı radiasiyanın "sızması" ABŞ Qida və Dərman İdarəsi tərəfindən ciddi şəkildə izlənilir. Mikrodalğalı subalar istehsal edən şirkətlər mütləq şəkildə radiasiya təhlükəsizliyini sübut etməlidirlər. Əks halda, həmin şirkətin məhsullarının satışına icazə verilmir.
Mütəxəssislərin fikrincə, əgər mikrodalğalı soba nasazdırss, ondan daha çox radiasiya sıza bilər. Mikrodalğalar insan toxumasını yandırmaq gücünə malikdir, buna görə də yemək qızdırarkən sobanın yanında gözləməmək tövsiyə edilir. Uşaqların yeməyini isə ümumiyyətlə mikrodalğalı sobada qızdırmaq məsləhət deyil. Çünki onlar böyüklərdən daha tez və asan radiasiya qəbul edirlər.