101 yaşlı britaniyalı qadın uzunömürlülüyün sirrini açıb. Bu barədə Reading Today xəbər verir.

Qledis Morris 1922-ci ildə Londonun Uxbridge qəsəbəsində anadan olub. Gəncliyində çox cazibədar olub və hətta yerli gözəllik kraliçası kimi tanınıb.

Morrisin bir neçə karyerası olub. Xüsusilə, o, öz pubını işlədir və kitab nəşri ilə məşğul olurdu. Britaniyalı qadın uzun və xoşbəxt həyatın sirri kimi müntəzəm idman, velosiped sürmə və bağçılıq adlandırıb. Bundan əlavə, Morris gavalının uzunömürlülüyünə böyük töhfə verdiyini bildirir. Qadın onu hər gün yeyir.