Bədəninizin xəstəliklərə qarşı davamlı olmasını və qışda soyuğa qarşı dik durmasını istəyirsinizsə immun sisteminizi mümkün qədər qorumalısınız. Bu gün protein tərkibli qidalar istehlak etsəniz də, tərəvəzlərin sizə verə biləcəyi vitamin və minerallar isə son dərəcə vacibdir.
Foodinfo.az 5 qış tərəvəzinin faydalarını təqdim edir:
KƏLƏM
Kələm yaxşı həzm sistemi və sağlam ürək üçün zəruri olan zəngin lif mənbəyi kimi diqqəti çəkir. Bu tərəvəz həmçinin immunitet sistemini gücləndirən və soyuqdəymələrin şiddətini azaltmağa kömək edən, demək olar ki, bütün gün ehtiyaclarınızı təmin edən C vitamini ehtiva edir.
Kələm suyu həm də beyni qoruyur və Alzheimer xəstəliyinə qarşı qalxan rolunu oynayır. Qadınlara menstruasiya zamanı ağrıları aradan qaldırmağa da kömək edir.
Gül kələmi sidik yollarında infeksiyaların qarşısını alır. Liflə zəngin olduğundan xolesterolu tarazlamağa kömək edir.
KÖK
Beta karotini A vitamininə çevirən yerkökü immunitet üçün vacib qida mənbəyidir. Böyümə və inkişaf dövründə istehlak edilməsi tövsiyə edilən tərəvəz göz sağlamlığını da dəstəkləyir. Tərkibində K1 vitamini olan yerkökü qanın laxtalanmasını təmin edərək sümük sağlamlığını da yaxşılaşdırır.
Mütəmadi olaraq kök və ya kök şirəsi istehlak etmək orqanizmin antioksidant qabiliyyətini gücləndirir. Xüsusilə kolon, prostat, döş və yemək borusu xərçəngi kimi bir çox xərçəngə qarşı qorunma təmin edir. Bundan əlavə, kök suyu, püresi və rəndədən keçirilmiş halı damarlar üçün çox faydalıdır.
TURP
Turpun tərkibində çoxlu antioksidant, kalium və kalsium var. Bu qidalar sayəsində siz də ürək xəstəliyi və yüksək təzyiq riskinizi azalda bilərsiniz. Yüksək qan təzyiqi riskini azaltmaq təbii olaraq insult keçirmə ehtimalını azaldır. Turpun tərkibində olan nitrat qan axını tənzimləməyə kömək edir.
Tərkibindəki C vitamini sayəsində turp immunitet sistemini gücləndirməkdə də təsirlidir. Soyuqdəymə, öskürək, bronxit kimi xəstəliklərə qarşı qoruyucu xüsusiyyətə malikdir. Tərkibindəki yüksək lif sayəsində uzun müddət dolğunluq hissi verir. Buna görə də çəki nəzarəti üçün idealdır.
İSPANAQ
İspanaq istehlakı sümük və oynaq sağlamlığınızı qorumağa kömək edə bilir, çünki o, K vitamini ehtiyacını ödəyir və kalsium mineralını ehtiva edir. Tərkibində yüksək miqdarda lif olduğu üçün ispanaq həzm sistemini tənzimləməyə də kömək edir.
İspanağın tərkibində bol miqdarda C, E və B vitaminləri, maqnezium, dəmir və kalsium var. Buna görə də onun qida dəyəri də kifayət qədər yüksəkdir. İspanaq tərkibindəki A vitamini sayəsində göz sağlamlığı üçün faydalıdır. İspanaq əhəmiyyətli sağlamlıq riski olan laxtalanmanı yavaşlatır və ürək-damar xəstəliklərindən qoruyur.
BROKKOLİ
Brokoli insan sağlamlığı üçün çox faydalı və qida dəyəri yüksək olan bir tərəvəzdir. Eyni zamanda, aşağı kalorili olması sayəsində sağlamlığını və formasını qorumaq istəyənlərin vazkeçilməz seçimidir. Həzm sistemini gücləndirmək, infeksiyaların qarşısını almaq brokolinin faydaları arasındadır.
Qida dəyəri yüksək olan brokolinin tərkibində lif və karbohidrat da var. Bağırsaq sağlamlığında mühüm rol oynayan pəhriz lifi həzmə kömək edir və qəbizliyin qarşısını alır. Brokoli şorbası toxluq təmin edir və həddindən artıq yeməyin qarşısını alır. Qan şəkəri və xolesterinin səviyyəsini saxlamağa kömək edir.