
Acı bibər yeməklərə xüsusi dad qatmaqla yanaşı, sağlamlıq üçün də bir çox fayda daşıyır. Lakin mütəxəssislər bildirirlər ki, onun həddindən artıq istifadəsi orqanizmə mənfi təsir göstərə bilər.
Foodinfo.az xəbər verir ki, acı bibərin tərkibindəki kapsaisin maddəsi metabolizmi sürətləndirir, yağ yandırma prosesini gücləndirir və arıqlamağa kömək edir.
Bundan əlavə, qan dövranını yaxşılaşdıraraq ürək-damar sağlamlığını qoruyur, iltihabı azaldır və immun sistemini gücləndirir.
Həzm sisteminə də müsbət təsir edən acı bibər bağırsaqların fəaliyyətini sürətləndirərək qəbizliyin qarşısını alır.
Bununla yanaşı, həkimlər xəbərdarlıq edir ki, acı bibərin çox miqdarda qəbulu mədə turşusunu artıra, qastrit və xora kimi problemləri ağırlaşdıra bilər.
Həssas mədəsi olan insanlarda isə yanma və diskomfort yarada bilər. Hamilə qadınlara və bağırsaq xəstəlikləri olan şəxslərə isə ehtiyatla istifadə etmələri tövsiyə olunur.
Mütəxəssislər qeyd edir ki, acı bibər balanslı şəkildə qəbul edildikdə həm dadı, həm də sağlamlığa faydası ilə dəyərlidir, lakin həddi aşmaq fəsadlara yol aça bilər.