Portuqaliyanın Traz-os-Montes və Alto Douro Universitetinin alimləri porçini göbələkləri və şampinonların xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu aşkar ediblər. Foodinfo.az  Gazeta.Ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri Tibb Elmləri Forumunda dərc olunub.

Tədqiqatda tədqiqatçılar əvvəlcədən yığılmış və qurudulmuş porcini göbələklərinin (Boletus edulis) və şampinonların (Agaricus bisporus) mikroRNT-lərini anion mübadiləsi xromatoqrafiyasından istifadə edərək araşdırıblar.

Bu üsul maddələrin (onların ionlarının və qütb molekullarının) ion dəyişdirici qatrandan istifadə edərək yükündən asılı olaraq ayrılmasını nəzərdə tutur. İon mübadilə xromatoqrafiyasından istifadə etməklə reagentlərin, dərman vasitələrinin saflığının və keyfiyyətinin keyfiyyət və kəmiyyətcə təyini, antibiotiklərin və zülal birləşmələrinin çirklərdən təmizlənməsi aparılır.

Bu iki göbələk növünün potensial antikanser fəaliyyəti Cantharellus cibarius (chanterelle) ilə müqayisə edilərək qiymətləndirilib.

Alimlər porcini göbələklərinin miRNT-sində BEDA və BEDB, şampinonlarda isə ABİA-nın unikal fraksiyalarını (hissələrini) aşkar ediblər. Şiş supressorları kimi onların effektivliyinin qiymətləndirilməsi göstərdi ki, ABİA 50 μg/ml konsentrasiyada xərçəng hüceyrələrinin həyat qabiliyyətini azalda bilir. ABİA-nın daha yüksək dozaları xərçəngin qarşısını almaqda daha güclü ola bilər, lakin onlar normal hüceyrələr üçün sitotoksikdir. BEDB fraksiyası da antikanser xüsusiyyətləri nümayiş etdiib.

İşin müəllifləri qeyd ediblər ki, göbələklərin antitümör fəaliyyətinin əsasını təşkil edən mexanizmləri müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Nurlan