Terapevt Anna Sinyaeva SE-yə müsahibəsində bildirib ki, insan beyni spirtli içkilərdən ən çox əziyyət çəkir.
Foodinfo.az bildirir ki, onun sözlərinə görə, spirtli içki qəbul etdikdən sonra beş dəqiqə ərzində bu, şüura təsir etməyə başlayır.
“Alkoqol beynə daxil olduqdan sonra onun normal fəaliyyətini pozur və bir sıra təsirlərə səbəb olur. Güclü içkilər qəbul etdikdən sonra əhval-ruhiyyənin yaxşılaşması, alkoqolun dopamin və serotoninin - "xoşbəxtlik hormonlarının" səviyyəsini artırması ilə əlaqədardır. İnsan özünü daha inamlı və xoşbəxt hiss edir, qayğıları unudur”, - deyə həkim bildirib.
Həkim qeyd edib ki, spirtli içkilərin tez-tez qəbulu ilə orqanizm uyğunlaşır və bu hormonların istehsalını dayandırır. Nəticədə insan aqressiv və ya laqeyd olur. Bəzi insanlar alkoqolla əlaqəli depressiya yaşayırlar.