Böyük miqdarda C vitamini ehtiva edən sitrus meyvələri təkcə immuniteti artırmır, həm də arıqlamağa kömək edir. Foodinfo.az xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina deyib.
Mütəxəssisin fikrincə, lipolitik tərkibli qreypfrut əlavə çəkidən xilas olmaq üçün mükəmməldir. Arıqlama prosesini stimullaşdırmaq üçün yeməkdən əvvəl yarım qreypfrut yemək kifayətdir.
Bundan əlavə, qreypfrut həzmi yaxşılaşdıran və bağırsaq mikrobiomunu qidalandıran lif ehtiva edir.
Fərid