
Axşam saatlarında bədənin maddələr mübadiləsi yavaşladığı üçün bəzi qidaların gec yeyilməsi həm yuxu keyfiyyətinə, həm də çəki artımına mənfi təsir edə bilər. Bu saatlarda daha yüngül və həzmə asan qidalar seçmək sağlamlıq üçün faydalıdır.
Foodinfo.az axşam yeməyində heç vaxt yeməməli olduğunuz 6 qidanı təqdim edir:
1. Şirniyyat və un məmulatları – Yüksək şəkər və karbohidrat tərkibi yuxunu pozur və çəki artımına səbəb olur.
2. Yağlı və qızardılmış yeməklər – Mədəni yükləyir, həzmi çətinləşdirir və gecə turşu qayıtması (reflüks) riskini artırır.
3. İşlənmiş ətlər və fast food – Bu qidalarda. duz və qatqı maddələri yüksəkdir, ödem və təzyiq artışına səbəb ola bilər.
4. Kofeinli içkilər və tünd şokolad – Yuxuya getməyi gecikdirir və bədəni ayıq saxlayır.
5. Qazlı içkilər və enerji içkiləri – Həm şəkər, həm də qaz səbəbilə mədə narahatlığı və yuxusuzluq yarada bilər.
6. Çox acılı və ədviyyatlı qidalar – Mədə turşusunu artırır, reflüks və yuxu pozuntusuna səbəb olur.