Həkim Yelena Malışeva "Sağlam Yaşa" verilişində az bişmiş toyuğun sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıb. Foodinfo.az bildirir ki, onun sözlərinə görə, toyuqlar salmonella bakteriyasının daşıyıcısıdır. Bu bakteriya insan orqanizminə daxil olduqda, bağırsaq infeksiyasına, intoksikasiyaya və mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Salmonellyozun əlamətləri arasında qarın ağrısı, ishal, qızdırma, qusma və baş ağrısı var. Həkim xəbərdarlıq edir ki, əgər toyuqda qan varsa, deməli, bakteriyalar da hələ mövcuddur. Buna görə də quş ətini tam bişirmədən yemək tövsiyə edilmir.