Portağalın tərkibindəki vitaminlər və antioksidantlar immun sistemini gücləndirir, qan dövranını yaxşılaşdırır və böyrək daşlarının yaranma riskini azaldır. Foodinfo.az bildirir ki, dietoloqlar bu meyvəni həddindən artıq qəbul etməməyi tövsiyə edirlər, çünki o, allergik reaksiyalara, şəkər səviyyəsinin yüksəlməsinə və mədə turşuluğunun artmasına səbəb ola bilər.
Portağalı yatmazdan əvvəl yemək tövsiyə edilmir, çünki gecə saatlarında maddələr mübadiləsi yavaşlayır və bu, həzm problemlərinə yol aça bilər. Mütəxəssislər portağalın yatmazdan iki-üç saat əvvəl yeyilməsinin daha uyğun olduğunu bildirirlər.