Azərbaycan Rusiyaya toyuq yumurtasının ikinci partiyasını göndərib.
Rusiya tərəfi Azərbaycandan daha 306 min ədəd (18 ton) yumurta tədarük edib.
Qeyd edək ki, dekabrın ortalarında Azərbaycan Rusiyaya 612 min ədəd yumurta göndərmişdi.
Xatırladaq ki, Rusiyada toyuq yumurtası ilə bağlı problem yaşanır.
Ölkədə yumurtanın qiyməti kəskin bahalaşıb. Belə ki, ərzaq mağazalarında yumurtanın 10 ədədinin qiyməti 120 rubldan yuxarı qiymətə satılıt. Rusiya hökuməti problemi həll etmək üçün Türkiyə və Azərbaycandan yumurta idxal etməyə qərar verib (lent.az)