Azərbaycan 2022-ci ildə 27 521,4 ton şokolad və şokolad məhsulları idxal edib.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Ötən il ölkədən idxal edilmiş bu məhsulların miqdarı 2021-ci illə müqayisədə 5,2 % azalıb.

Azərbaycandan 2022 ildə ixrac edilmiş şokolad və şokolad məhsullarının dəyəri isə 9,4 % artaraq 95 248,1 min ABŞ dollarına çatıb.