Azərbaycandan Rusiyaya 612 min ədəd yumurtanın ixrac olunub.

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Məlumatda deyilir ki, dekabrın 19-da Rusiya-Azərbaycan sərhədində yerləşən Yaraq-Qazmalar keçid məntəqəsindən Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta keçirilib. Bu, ilk partiyadır. Məhsul sonradan bütün Rusiya ərazisində satılacaq.