Xurma Azərbaycanın qeyri-neft məhsullarının ixracımda əsaslı paya malikdir. Son illər ərzində xurmanın ixracından gəlirlər artır.

Valyuta.az xurma ixracının son illər ərzindəki dinamikası ilə bağlı araşdırma aparıb. 

2023-cü ildə xurma ixracında son illərdəki gəlirdən çox gəlir əldə edilib.

2023-cü ildə Azərbaycan 164  min 905 ton xurma ixrac edib.

Bu həcmdə xurmanın ixrac dəyəri 127 milyon 194 min ABŞ dolları olub.

Bu, həcm baxımından 2022-ci illə müqayisədə 17 min 273 ton (11,7%), dəyər baxımından isə 38 milyon 823 min ABŞ dolları (12,2%) çoxdur.

Azərbaycan 2022-ci ildə 147 min 632 ton xurma ixrac edib. Bu həcmdə xurmanın ixrac dəyəri 113 milyon 371 min ABŞ dolları olub.

Bu, həcm baxımından 2021-ci illə müqayisədə 26 min 526 ton (15,2%), dəyər baxımından isə 12 milyon 524 min ABŞ dolları (9,9%) azdır.

2021-ci ildə Azərbaycanın xurma ixracı 

2021-ci ildə ölkədən 174 min 158 ton xurma ixrac edilib. Bu həcmdə xurmanın ixrac dəyəri 125 milyon 895 min ABŞ dolları olub. 

Bu, həcm baxımından 2020-ci illə müqayisədə 48 min 263 ton ( 38,4%), dəyər baxımından isə 34 milyon 309 min ABŞ dolları ( 37,4%) çoxdur.