Terapevt Svetlana Burnatskaya balın hansı hallarda faydalı xüsusiyyətlərini itirə biləcəyini söyləyib.

 “Yadda saxlamaq lazımdır ki, bal +40 ℃-dən yuxarı qızdırıldıqda qiymətli keyfiyyətlərini itirir və zərərli birləşmələr əmələ gətirir. O, arı məhsullarına allergiyası olan insanlar, həmçinin şəkərli diabet və piylənmə xəstələri üçün əks göstərişdir”, - o, Life.ru saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bal sağlam məhsuldur, lakin o, dərman deyil, çünki o, yalnız simptomları aradan qaldırır və bədəni dəstəkləyir.

Fərid