Mətbəximizdə mühüm yeri olan balıq bədənimizə güclü faydalar təqdim edən ən şəfalı qidalardan biridir. Tərkibindəki omeqa-3 yağ turşuları, D və B12 vitaminləri sayəsində beyin və ürək sağlamlığı qorunur.
Foodinfo.az xəbər verir ki, balıq yedikdən sonra istehlak edilən halva bədənimizdəki bəzi balanssızlıqları düzəltməyə kömək edir. Məsələn, balıqlarda dənizdə yığılan çirklənmə səbəbindən ağır metallar var. Balıqdan sonra istehlak edilən halva orqanizmimizə daxil olan bütün ağır metalları xaric edir, yığılmış zəhəri çıxarır və eyni zamanda orqanizmdəki fosfor miqdarını tarazlaşdırır. Beləliklə, mədədə turşu balansı normal səviyyəyə qayıdır.