Çoxumuzun çəkisi Yeni il tətillərində bir neçə kilo artıb. Artıq çəkidən qurtulmaq üçün ac qalmağa ehtiyac yoxdur.
Foodinfo.az xəbər verir ki, diyetoloq Marqarita Korolyova, əksinə, yeməkdən imtina etməməyi tövsiyə edir.
Onun sözlərinə görə, qış mövsümündə orqanizmin kaloriyə ehtiyacı var - gündə dörd-altı dəfə yemək lazımdır, çünki düzgün qidalar yedikdə hər dəfə maddələr mübadiləsi sürətlənir, bu isə çəkinin azalmasına səbəb olur.
Səhər yeməyini oyandıqdan sonra ilk saatda etmək tövsiyə olunur.
Səhər yeməyi, nahar və şam yeməyi arasında iki və ya üç dəfə sağlam və duzsuz qəlyanaltı olmalıdır.
Diyetoloq daha çox su içməyi də məsləhət görür:
"On gün ərzində cəmi 1,5 kg yağ yığmış ola bilərsiniz, qalanı isə bədəndə yığılan mayedir. Salatlarda və digər yeməklərlə qəbul olunan duz mayeni bədəndə saxlayaram ödəm yaradır. Ona görə də rasiondan duzu (duzlu qidaları) azı 2-3 günlük çıxartmaq, eləcə də gündə 2,5 litrədək maye içmək lazımdır: təmiz qazsız su (azı 1,8 litr), yaşıl və bitki çayı".
O, həmçinin immuniteti qorumaq üçün ət və balığı rasiondan çıxartmamağı, şalğam, turp, balqabaq, bütün növ kələm, soğan, sarımsaq yeməyi tövsiyə edir.
Həmçinin hamam, sauna, fitnes klublara getmək, xizək və konki sürmək, təmiz havada daha çox vaxt keçirmək məsləhətdir.