Balqabaq və balqabaq toxumu sağlam qidalanmanın vacib hissəsi kimi tanınır. Tərkibindəki zəngin qida dəyərləri ilə bir çox fayda təmin edirlər. Ancaq son araşdırmalar balqabaq tumunun həddindən artıq istehlakının bağırsaq sağlamlığına mənfi təsir göstərdiyini ortaya çıxarıb. 

Foodinfo.az xəbər verir ki, balqabaq tumları liflə çox zəngindir. Lif bağırsaq hərəkətlərini tənzimləyir və həzm sisteminin sağlam işləməsinə kömək edir. Lakin balqabaq tumunun həddindən artıq istehlakı bağırsaqlarda narahatlığa, xüsusilə qaz və şişməyə səbəb ola bilər.

Bundan əlavə, bir anda çoxlu balqabaq toxumu istehlakı qəbizliyə səbəb ola bilər. Həddindən artıq lif qəbulu həzm sisteminin yavaşlamasına və nəcisin sərtləşməsinə gətirib çıxarar.

Mütəxəssislər gündə 1 ovucdan çox balqabaq tumundan istifadə etməməyi tövsiyə edir. Bu miqdar orqanizmin ehtiyac duyduğu lifi qarşılamaq üçün kifayətdir.