Pul bibər yeməklərə dad verən ədviyyatdır və eyni zamanda bir çox faydaları var. 

Foodinfo.az xəbər verir ki, çili bibərinin tərkibində kapsaisin adlı maddə var ki, bu ədviyyat onun sayəsində bir çox faydalar ehtiva edir. İlk növbədə kapsaisin maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesinə kömək edir.  

Bundan əlavə, antioksidan xüsusiyyətləri sayəsində bədəni zərərli maddələrdən qoruyur. 

Pul bibər həzm sisteminə də faydalıdır. Həzm sisteminə rahatlaşdırıcı təsir göstərir və həzm problemlərinə yaxşı təsir göstərir.

Həmçinin o, antiinflamatuar xüsusiyyətləri sayəsində iltihab əleyhinə təsir göstərir. 

Araşdırmalar göstərir ki, çili bibəri qan şəkərini balanslaşdırmaq qabiliyyətinə də malikdir. Bu xüsusiyyəti sayəsində diabet xəstələri üçün çox faydalıdır. 

Çili bibəri ürək sağlamlığına müsbət təsir göstərə bilən qan dövranını sürətləndirən təsirə malikdir.