Dietoloq Olqa Redina bildirib ki, müəyyən xəstəlikləri olan insanların çörəkdən imtina etməsi daha yaxşıdır.

Foodinfo.az bildirir ki, o, “Veçernaya Moskva” nəşrinə müsahibəsində deyib ki, qlütenə qarşı dözümsüzlüyü, buğda allergiyası və ya şəkərli diabeti olan insanlar çörəyi yeməməlidir.

Dietoloq onu da xatırladıb ki, bəzi çörək növlərinin tərkibində müxtəlif əlavələr, ləzzət artırıcı və dadlandırıcılar var ki, bu da sağlamlığa mənfi təsir göstərir.

Mütəxəssis, çörəkdən tamamilə imtina zamanı karbohidratların mənbəyi kimi dənli bitkiləri, tərəvəzlər, meyvələr və qoz-fındığı misal göstərib.

Leyla