Yüksək qan təzyiqi (hipertoniya) bir çox insanın yaşadığı bir problemdir. Qan təzyiqini idarə etmək üçün yemək vərdişlərini nəzərdən keçirmək lazımdır.
Foodinfo.az xəbər verir ki, zəncəfil iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan bir kök bitkisidir. Həzm sisteminə də faydalıdır və antioksidan xüsusiyyətləri sayəsində bədəni sərbəst radikalların mənfi təsirlərinə qarşı qoruyur. Bu səbəblərdən zəncəfil bir çox insan tərəfindən istehlak edilir. Ancaq təzyiqi yüksək olanlar zəncəfil istehlakında diqqətli olmalıdırlar. Zəncəfilin qan durulaşdırıcı təsiri ola biləcəyi düşünülür ki, bu da qan təzyiqini daha da artıra bilər.
Bəzi araşdırmalarda zəncəfilin qan təzyiqini artıra biləcəyi də müşahidə edilmişdir. Bu səbəblərdən yüksək təzyiqi olanların zəncəfil istehlakı ilə bağlı həkimlərinə müraciət etmələri tövsiyə olunur.