Bioloq İrina Lyalina bildirib ki, istilik olmadan evdə hazırlanmış kəsmik sağlamlığa zərər verə bilər. Foodinfo.az xəbər verir ki, “İzvestiya” qəzetinə müsahibəsində ekspert qeyd edib ki, kəsmiyin düzgün saxlanmaması onun tərkibində patogen mikroorqanizmlərin çoxalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində zəhərlənməyə səbəb ola bilər.

Eyni zamanda, kəsmik əzələlərin böyüməsini və bərpasını təşviq edən, asanlıqla həzm olunan süd proteini kazeinlə zəngindir, deyə Lyalina əlavə edib.

Mütəxəssisin sözlərinə görə, böyüklər üçün məhsulun gündəlik istehlak norması 200 q-dan çox deyil.