İngiltərədə 285 yaşlı limon hərracda satılıb. Alıcı bunun üçün 1780 dollar ödəyib.

Foodinfo.az oxu.az-a istinadən bildirir ki, "Brettells" hərrac evinə 19-cu əsrə aid şkaf gətirib. Mütəxəssis onu hərraca çıxarmaq üçün nadir əşyanın şəklini çəkən zaman siyirmələrindən birində limon görüb.

Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi barədə yazı olub. Meyvənin də tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da auksiona çıxarıb.

Şkaf cəmi 40 dollara satıldığı halda, bir alıcı limon üçün 1780 dollar ödəyib. Sitrusun yeni sahibi onunla nə etməyi planlaşdırdığını açıqlamayıb.