Qış aylarında bədənin vitamin və mineral ehtiyacını qarşılamaq üçün mövsümi meyvələr çox faydalıdır. 

Foodinfo.az qışın ən faydalı meyvələrini təqdim edir:

Nar antioksidantlarla zəngindir, immuniteti gücləndirir və ürək sağlamlığı üçün faydalıdır. 

Portağal və digər sitrus meyvələri yüksək C vitamini tərkibi ilə bədəni infeksiyalardan qoruyur, həmçinin dəri sağlamlığına müsbət təsir edir.

Kivi də C vitamini və liflə zəngin olub həzmə kömək edir və toxluq hissi yaradır.

Armud və alma lif tərkibləri ilə bağırsaq sağlamlığını dəstəkləyir və qan şəkərinin balansını təmin edir. 

Xurma isə enerjini artırır və qan azlığına qarşı faydalıdır. 

Qış meyvələri bədəni lazım olan vitamin və minerallarla təmin edərək soyuq aylarda immun sistemini gücləndirir.