Dietoloq Janvi Sanqvi xəbərdarlıq edib ki, bəzi qidaları heç vaxt soyuducuda saxlamaq olmaz, çünki bu, onları təhlükəli edir.
Fodinfo.az bildirir ki, bu barədə Daily Mail yazır.
Həkim soğanı soyuducuda saxlamamağı tövsiyə edib. Onun sözlərinə görə, bu məhsulun tərkibində çoxlu maye var ki, bu da göbələk sporlarının inkişafı üçün ideal şərait yaradır. Əgər yeyilərsə, qusma, mədə krampları, ishal və potensial ölümcül qida zəhərlənməsinə səbəb ola bilər. Eyni səbəbdən diyetoloq sarımsağı soyuducuda saxlamaqla bağlı xəbərdarlıq edib. Həmçinin Sanqvinin fikrincə, kartofu soyuducuda saxlamaq olmaz. Soyuduqda nişasta şəkərə çevrilir ki, yüksək temperaturda bişirildikdə, potensial kanserogen birləşmə olan akrilamid əmələ gələ bilər.