Son günlər ölkədə meningit xəstəliyi səbəbi ilə ölüm faktları qeydə alınıb. Bu xəstəliyin şiddətli artımı müşahidə olunur. Xəstələr əsasən şiddətli qızdırmadan və dayanmayan başağrılarından şikayətlənirlər. Bu xəstəliyi asanlıqla qriplə qarışdırmaq mümkündür. Son zamanlar ölkəmizdə yayılmış kəskin respirator xəstəlik əslində müalicə olunmazsa, meningit kimi fəsadlara da gətirib çıxara bilir.
Miningit xəstəliyi nədir, bu xəstəlik necə yaranır? Keçici xarakter daşıyırmı? Bu suallarımıza həkim-nevropotoloq Heyran Sultanova cavab verir.
–Heyran xanım, meningit xəstəliyinə çox zaman el arasında sətəlcəm də deyilir. Bunlar eyni xəstəlikdirmi?
-Xeyr. Sətəlcəm və meningit fərqli xəstəliklərdir. Baxmayaraq ki. kliniki əlamətlərində bənzərlik olur. Lakin mütəxəssislər meningit xəstəliyini bəzi əlamətlərə əsasən ayırd edirlər. Meningit baş beyinin yumşaq toxuma örtüyünün iltihabi prosesidir. Bu xəstəliyin törədiciləri əsasən virus, göbələk və bakteryalar olur. Meningitlərdə onurğa beyni mayesinin məhlulu artdığı üçün kəllədaxili təzyiq yüksəlir. Meningitə yoluxan xəstələr ənsə və arxa əzələlərinin gərginliyi, dəri örtüyünün hiperesteziyası, səs və görmə qıcıqlarına həssaslığın artmasından şikayətlənirlər. Xəstəliyin bütün formalarında ənsə əzələlərinin gərginliyinə görə xəstə başının daim dala dartındığını qeyd edir. Başı bükdükdə ayaqlar da dala bükülür, qarına dartılır, bir ayağı bükdükdə, o biri də qeyri-iradi bükülür.
Bu əlamətlər xəstənin meningitə yoluxduğunu deməyə əsas verir.Bundan başqa, kəskin baş ağrıları olur ki, xəstəni hətta ən güclü ağrıkəsicilərlə belə sakitləçdirmək olmur. Temperatur 40 dərəcəyə yüksəlir, əzlə, oynaq ağrıları, qusma özünü göstərir. İşıq və səsə qarşı yüksək həssaslıq yaranır və bu ağrıları daha da şiddətləndirir. Eyni zamanda öskürək, boğaz ağırıları, udqunmada çətinlik yaranır. Xəstəlik başladıqdan E 5-15 saat sonra, bəzən xəstəliyin 2-ci günü səpgilər meydana çıxır. Bundan başqa həkimlərin “Meyit ləkələri” adlandırdığı ləkələr özünü göstərir. Bunlar bədənin vəziyyəti dəyişən zaman dəri üzərində yerini dəyişən tünd qırmızı, göyərmiş ləkələr olur, əsasən ildırımsürətli meninqokokkemiyanın əlamətidir.
-Meningit keçici xəstəlikdir?
-Bəli. Təəsüf ki, əvvəllər insanlar elə bilirdilər ki, meningit başın soyuqlaması nəticəsində yaranır. Lakin bu, belə deyil. Meningit kəskin iltihabi xəstəlikdir. Hava, damcı, nəfəs, su vasitəsilə yoluxma baş verə bilir. Bu xəstəliyi əsla evdə müalicə etmək olmaz. Ölüm riski var. Bu xəstəliyin müalicəsində virus əleyhinə, qıcolma əleyhinə dərmanlardan istifadə olunur. Güclü dezinfeksiya məhlullarından istifadə etmək lazım gəlir. Evdə bununla bacarmaq çətindir. Meningit xəstəliyindən şübhələnirsinizsə, dərhal xəstəxanaya üz tutmaq lazımdır. (Bizim Yol)
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb