Çərəzlər çox faydalı məhsuldur. Onların tərkibi yağlı turşular və müxtəlif minerallarla (dəmir, kalsium, sink, maqnezium və s.) zəngindir.
Mütəxəssislər hər gün bir neçə ləpə çərəz yeməyi tövsiyə edirlər. Lakin yeməzdən əvvəl çərəzləri mütləq islatmaq lazımdır. Çərəzlərin tərkibində olan fitin turşusu dəmir, sink və s. mineralların mənimsənilməsinə mane olur. Lakin islatdıqdan sonra fitin turşusu neytrallaşır və mənimsəmə prosesinə mane olmur. Nəticədə orqanizm daha çox faydalı maddə almış olur.
Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər çərəzləri yeməzdən əvvəl axşamdan səhərə kimi islatmağı, səhər isə axar suda yumağı və qurutmağı tövsiyə edirlər.
Son xəbərlər
- HƏR GÜN ÇÖRƏK YEMƏYİN TƏSİRİ
- Dünyanın ən zərərli qidası açıqlandı
- Fəsil dəyişkənliyində yuxunu necə tənzimləyək?
- Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru Ziya Rəcəbov "Strateji HR Forum"da spiker kimi iştirak edib
- Mətbəxdə televizorun olması buna səbəb olur - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
- 30 gün ərzində sağlam bədənə sahib olacaqsınız -BU QİDALARDAN UZAQ DURUN