Çinin Şunde Birinci Xalq Xəstəxanasının alimləri müəyyən ediblər ki, səhər yeməklərini atmaq yaşlı insanlarda demans riskini artıra bilər. Foodinfo.az Gazeta.Ru -ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Science Direct" elmi portalında dərc olunub.
Araşdırmada 60 yaşdan yuxarı 859 insan iştirak edib. Könüllülər sağlamlıq vəziyyətləri haqqında məlumat verib və adətən gün ərzində necə yemək yediklərini izah ediblər. Üç illik aradırma zamanı elm adamları səhər yeməyini tez-tez atlayanların zaman keçdikcə daha pis yaddaş və diqqətə malik olduğunu aşkar edib.
Alimlərin fikrincə, səhər yemək sadəcə vərdiş deyil, sağlamlığa təsir edən mühüm amildir. Bədənə qidanın ilk hissəsi ilə daxil olan qlükoza beyin üçün əsas enerji mənbəyidir.