Əgər yeməklər arasında aclıq hiss edirsinizsə, o zaman mədənizə zərər vermədən qəlyanaltılarla vəziyyəti düzəldə bilərsiniz. Foodinfo.az xəbər verir ki, bu barədə endokrinoloq Tatyana Qubina RIAMO ilə söhbətində danışıb. O, qidanın mümkün qədər sağlam olması üçün hansı qidalardan imtina edilməli olduğunu izah edib.

Yeməkdən əvvəl aclıq hissini azaltmaq üçün bir stəkan su içə bilərsiniz. Bundan əlavə, həkim qəlyanaltılar üçün tam taxıl çörəyi, tərəvəz və meyvələr, dənli bitkilər, pendir, yumurta, qoz-fındıq və yağlar seçməyi tövsiyə edib.