Çiy süd istehlakdan əvvəl təhlükəsizlik üçün qaynadılmalıdır. Foodinfo.az xəbər verir ki, südü qaynadarkən onun tərkibindəki bakteriyaların məhv edilməsi üçün ən azı 5-10 dəqiqə qaynama temperaturunda saxlanılması tövsiyə olunur. 

Süd qaynamağa başladıqdan sonra onu davamlı qarışdıraraq yanmasının qarşısını almaq vacibdir. 

Çox uzun müddət qaynatmaq isə südün qida dəyərini azalda bilər. Buna görə də, müvafiq vaxtda dayandırmaq lazımdır. 

Çiy südü qaynatmaqla Salmonella, E. coli və digər zərərli mikroorqanizmlərin məhv edilməsi təmin edilir. 

Qaynadıldıqdan sonra südün otaq temperaturunda soyudulması və soyuducuda saxlanılması onun keyfiyyətini qorumağa kömək edir.