Stressin olmaması və pis vərdişlər, eləcə də sağlam qidalanma daha uzun yaşamağa kömək edir, alim Dan Buettner deyib. Onun sözlərini Daily Mail sitat gətirir.

Ekspertin fikrincə, qocalığı “gecikdirməyə” imkan verən qidadır. Eyni zamanda, o, heç bir konkret məhsul axtarmağa ehtiyac olmadığını, hər şeyin kifayət qədər sadə olduğunu diqqətə çatdırdı. Mütəxəssis 100 il yaşamaq üçün əməl edilməli olan 4 əsas prinsipi qeyd edib.

Alim ilk növbədə qeyd edib ki, mümkün qədər çox paxlalı yemək lazımdır. Məsələn, mərcimək, lobya və noxud lif və zülalla zəngindir və bişirmək çox asandır. Dan Buettner hesab edir ki, bir stəkan paxlalılar ömrü təxminən 4 il artırır.

Həmçinin, pəhrizdə fermentləşdirilmiş qidalar olmalıdır - onlar bağırsaq mikrobiotasını yaxşılaşdırır. Alim qeyd edib ki, duzlu kələm və təbii qatıq yemək, həmçinin kefir içmək lazımdır.

Amma qida rasionunda ət az olmalıdır, deyə ekspert qeyd edib. Onun sözlərinə görə, yüzilliklər ayda 5 dəfədən çox olmayan donuz, quzu və ya mal əti yeməyə çalışırlar. Belə insanların pəhrizinin çoxu bitki mənşəli qidalar və dəniz məhsullarından ibarətdir.

Nurlan