Aparılan araşdırmalar göstərir ki, çörəyin təzyiqə təsiri onun növündən və tərkibindən asılıdır. 

Foodinfo.az xəbər verir ki, tam taxıllı çörəklər qan təzyiqinin tənzimlənməsində müsbət rol oynaya bilər, lakin ağ unla bişirilən çörəklər əksinə, təzyiqi artıra bilər.

Tam taxıllı çörəklər maqnezium, kalium və liflə zəngindir. Bu maddələr orqanizmdə duzun təsirini azaldır, damarların elastikliyini qoruyur və qan dövranını yaxşılaşdırır. Bu xüsusiyyətlər təzyiqin aşağı düşməsinə yardım edir.

Bununla yanaşı, ağ çörəyin tərkibində lif az, duz və şəkər miqdarı isə daha çoxdur. Bu isə qan təzyiqinin yüksəlməsinə və ürək-damar problemlərinə səbəb ola bilər.

Mütəxəssislər gündəlik rasionda 2–3 dilim tam taxıllı çörək qəbul etməyi, ağ unla bişirilən və duzlu çörəklərdən isə uzaq durmağı tövsiyə edirlər.

Beləliklə, çörək təzyiqi ancaq doğru növ seçildikdə aşağı sala bilər. Sağlam həyat tərzi və balanslı qidalanma ilə birlikdə tam taxıllı çörək orqanizm üçün faydalı təsir göstərə bilər.