Evdə asanlıqla hazırlana bilən bu resept qonaqlarınız və sevdikləriniz tərəfindən bəyəniləcək ləzzətlər arasındadır. 

Starbucks bütün dünyada qəhvə həvəskarlarının əvəzedilməz görüşmə nöqtələrindən biri kimi tanınır. Ancaq qəhvələri qədər məşhur olan başqa bir ləzzət var ki, o da limonlu keksləridir. Starbucks-ın bu keksi təzə limon dadı və yumşaq teksturası ilə damağınızda unudulmaz iz buraxır. 

Foodinfo.az Starbucks keksi reseptini təqdim edir.

İnqrediyentlər:

3 yumurta 

1 stəkan şəkər (200 q) 

Yarım stəkan yağ (100 ml) 

3/4 (yarım + dörddə bir) stəkan qatıq (150 qr) 

1,5 stəkan un (200-220 q)

 2 limon qabığı

 1 limonun suyu 

1 paket qabartma tozu

1 paket vanil şəkəri 

1 çay qaşığı sarıkök (istəyə bağlı, rəng üçün) 

Sousu üçün: 

2 xörək qaşığı süd 

1 xörək qaşığı limon suyu

Yarım stəkan şəkər tozu

Hazırlanması:

Müvafiq bir qaba rəndələnmiş limon, şəkər və limon suyunu əlavə edib yaxşıca qarışdırın. Sonra yumurtaları əlavə edib qarışdırmağa davam edin. Yağ, qatıq, sarıkök, qabartma tozu və vanil şəkərini əlavə edib qısaca qarışdırın. Sonra unu ələyərək əlavə edin və yaxşıca həll olunması üçün çöldən içəriyə qarışdırın. Keks xəmirini yağlanmış soba qabına tökün. (Başqa qəlibdən də istifadə edə bilərsiniz) Əvvəlcədən isidilmiş sobada 170 dərəcə 45-50 dəqiqə bişirin. Soyuyandan sonra sousunu qarışdırıb üstünə yaya bilərsiniz.