Stomatoloq, üz-çənə cərrahı, ortoped-implantoloq, stomatoloji klinikanın baş həkimi Veronika Melexova dişlərin ağardılması prosedurundan sonra rəngləndirici qida və içkilərdən istifadə etməməyi tövsiyə edib.

Foodinfo.az xəbər verir ki, mütəxəssis "Arquments and Facts" saytına müsahibəsində deyib ki, ağartmadan sonra rəng iki həftə ərzində yaranır.

Mütəxəssisin qeyd etdiyi kimi, pomidor və albalı şirələri, qırmızı şərab, qəhvə, tünd şokolad rəngləmə effektinə malikdir.

Təsadüfən boyayıcı məhsulları istehlak etdikdən sonra, piqmentlər dişin dərin təbəqələrinə və dentinə nüfuz etmədən, həmçinin mina strukturlarına hopmadan dərhal gedib dişlərinizi fırçalamalısınız.

Nurlan