Tez-tez ədviyyatlı qidaların qəbulu mədə-bağırsaq traktında problemlərə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, bu barədə onkoloq Suna İsakova bildirib. Onun sözlərinə görə, ədviyyatlı qidalar insanın həzm sisteminin toxumalarına zərər verə bilər, nəticədə yanma, ağrı, gözlərdə yaş və ürəkbulanma əmələ gəlir.


Mütəxəssis bağırsaq iltihabı, mədə xorası, olan insanlara ədviyyatlı qidalardan uzaq durmağı tövsiyə edib.


Mədə-bağırsaq traktının xəstəliklərinin qarşısını almaq üçün onkoloq siqareti atmağı, sağlam pəhrizə keçməyi, spirtli içkilərdən az istifadə etməyi və qızardılmış, hisə verilmiş əti azaltmağı məsləhət görür.


Leyla