Hazırda ölkədə mövcud olan heyvanlara uyğun otlaq sahələri paylanmayıb. yəni heyvanların yalnız 35 faizi otlaqlardan istifadə edə bilir ki, bu da otlaqların yüklənməsinə səbəb olur. Daha dəqiq desək, ölkənin heyvandarlıq təsərrüfatında 2 milyon 700 min iri buynuzlu, 8 milyon 400 min xırda buynuzlu heyvan var. Otlaq sahəsi isə 2 milyon 400 min hektardır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Asəf Ömərov əmin edir ki, heyvanların sayı artarsa, ət və süd məhsullarının artması da müşahidə olunacaq. Məhsul bol olanda isə qiymətlərdə enmə qaçılmazdır.
Məlumdur ki, fermerlər heyvan və bitkiLƏRİ təbii fəlakətlərdən və xəstəliklərdən sığortalaya bilmirlər. Sığorta şirkətləri isə yüksək riskləri nəzərə alaraq, təsərrüfatları sığortalamaqdan imtina edir və ya kəndlilər üçün qəbuledilməz şərtlər ortaya qoyur. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi qeyd edir ki, yeni proqramda sığortaya xüsusi diqqət yetirilib. Birinci mərhələdə mal-qaranın sığortalanması planlaşdırılır. Bu, fermerlərə heyvanları saxlamağa, eləcə də onları itkilərdən qorumağa kömək edəcək. Ekspertlər də belə olarsa, ölkədə ətə olan tələbatın daxili hesaba ödənə biləcəyini deyirlər.
Hələlik isə dövlət proqramları üzərində iş gedir. İşlər tam yekunlaşdıqdan sonra təsdiqlənəcək dövlət proqramının icrasına başlanılacaq. (Real TV)